Cəlilabad rayonunda doğuş zamanı ana ölümü baş verib.
Cəlilabad Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın cənub bürosuna verilən məlumata görə, Cəlilabad şəhər sakini, 33 yaşlı Xanım Yusubova müayinə olunmaq üçün yaxınları tərəfindən xəstəxanaya gətirilib.
Müayinə zamanı həkimlər anada təbii doğuşun təhlükəli nəticəyə səbəb olacağını əsas gətirərək onu təcili qeysəriyyə əməliyyatına götürüblər. Oğlan uşağı dünyaya gətirən ananın vəziyyəti əməliyyatdan sonra qəfildən pisləşib.
Cəlilabad MRX-dan bildirilib ki, həkimlərin səylərinə baxmayaraq anada başlayan qanaxmanın qarşısını almaq mümkün olmayıb. Xəstənin vəziyyəti getdikcə ağırlaşdığından təcili olaraq Bakıdan ixtisaslı həkim briqadası da çağırılıb.
Həkim briqadasının müşayiəti ilə qadın Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə göndərilib. Görülən tədbirlərə baxmayaraq Xanım Yusubova orada dünyasını dəyişib.
Ölümə səbəb kimi hamiləliklə bağlı olmayan xəstəlik göstərilib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL