Rusiyada bakirəliyini satışa çıxarmış azərbaycanlı qızı zorlayan şəxslə ilə bağlı qərar verilib.
Vizual.az-ın ANS-ə istinadən verdiyi məlumata görə, məhkəmə Bereznikov sakini 29 yaşlı Mixail Dnistryanın əqli qüsurlu olduğunu, hadisəni törədən zaman şüurlu olmadığını qərara alıb və həmin şəxsin məcburi müayinəyə göndərilməsi barədə qərar qəbul edib.
Hadisə bu ilin iyun ayının sonunda baş verib. Perm vilayətinin ən böyük şəhəri olan Bereznikovda yaşayan 29 yaşlı Mixail Dnistryan əslən azərbaycanlı olan Kristina ilə internet vasitəsilə tanış olub. M. Dnistiryan qıza bakirəliyi müqabilində 14 min dollar təklif edib. Kristina təkliflə razılaşıb və Dnistryan yazışdığı qıza təyyarə bileti alıb və qız Azərbaycandan Perm vilayətinin Bereznikov rayonuna gedib. Qızı aeroportda qarşılayan həmin şəxs onu əvvəlcədən hazırladığı mənzilə aparıb.
Mənzilə çatdıqda qız, oğlana pulu ödəmək qabiliyyətində olduğunu təsdiq edən bank sənədi təqdim etməsini istəyib. Bunun əvəzində oğlan başqa sənədə aid olan rekvizitləri qıza təqdim edib.
Tərəflər müqavilə hazırlayıblar ancaq məlum olub ki, müqavilədə qız Mixailə 5 milyon rubl ödəməlidir. Ancaq qız müqavilədə rəqəmi görüb və oxumadan imzalayıb.

Qız sənədi imzalayandan sonra aldadıldığını başa düşüb və oğlanı yumruqlamağa başlayıb. Oğlan isə öz növbəsində onu döyüb, qonağını qorxutmaq üçün hüquq-mühafizə orqanlarında işlədiyini və tabe olmasa, başına hər cür iş gələcəyini deyib. Bundan sonra o gənci zorlayıb.
Prikamye sakini qıza bildirib ki, müqavilədə göstərilən 5 milyon rublu ödəməsə, Bereznika rayonunda fahişəliklə məşğul olmağa məcbur olacaq.
Tələbə qız heç kəsə intim xidmət göstərmək niyyətində olmadığını bildirib. Bu zaman hirslənən Dnistryan qızın əlindən sənədlərini alaraq, onu döyüb. Zərərçəkən iki gün bağlı qapılar arxasında qalıb. Əlinə qaçmaq üçün fürsət düşən azərbaycanlı Kristina yataq dəstlərini bir-birinə bağlayaraq binanın eyvanından düşmək istəyərkən 3-cü mərtəbədə yıxılıb və ağır bədən xəsarətləri alıb.
Şikayətdən sonra hüquq-mühafizə orqanları həmin oğlanı həbs ediblər və bu gün ona qarşı rəsmi ittiham irəli sürülüb. O zorlamada, adam oğurluğunda ittiham edilir.

Kristina - 20 yaşlı zorlanan azərbaycanlı qız
Məhkəmə prosesi zamanı məlum olub ki, Kristina proqramçı olan Mixail Dnistryanın aldatdığı ilk qız deyil. 2011-ci ildə o, qonşu rayondan olan qızı eyni üsulla aldadıb və həbs edilib.
Kristina adlı azərbaycanlı isə bu addımı maddi imkansızlıq üzündən atdığını deyib. Onun atası bir neçə il əvvəl, anası isə bu yaxınlarda vəfat edib.
Kristina Bakıda keçirilən Bakı-2015 Avropa Oyunları zamanı könüllülər qrupunun rəhbəri olub.