“Ceyms Urolikin bəyanatı Ermənistanın milli maraqlarına xidmət edir”
Niyaməddin Orduxanlı:”Onun mərhələli həll variantından imtina
edib paket həll variantını gündəmə gətirməsi işğalın stimullaşdırılması
və ABŞ-ın problemin ədalətli həllində maraqlı olmamasının əyani
sübutudur”
ATƏT-in Minsk Qrupunun
amerikalı həmsdəri Ceyms Urolikin "Vedmosti” qəzetinə verdiyi
müsahibədə "İşğal edilmiş ərazilər kompleks tənzimləmə çərçivəsində
Azərbaycanın nəzarəti altına qaytarılmalıdır. Burada əsas olan bir
elmentin və ya bir tənzimləmə prinsipinin üzərində durmamaqdır. Ərazilər
qaytarılmalıdır, amma başqa amillər də mövcuddur. Ona görə də biz hər
zaman kompleks tənzimləmədən danışırıq – siz yalnız bir aspekti
götürərək məhz onun tənzimləmə əsası olduğunu iddia edə bilməzsiniz. Biz
sülh yolu ilə həll etməni hərtərəfli nəzərdən keçirməliyik” fikirləri
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən qərəzli, ermənipərəst
mövqe kimi xarakterizə edilib. Bununla bağlı partiyanın mətbuat
xidmətinə açıqlama verən BAXCP-nin ictimai-siyasi məsələlər üzrə katibi
Niyaməddin Orduxanlı bilidirib ki, ABŞ siyasətçisinin bu cür bəynatı
Azırbaycan dövlətinin milli maraqlarına və beynəlxalq hüquqa ziddir və
bu, birbaşa Ermənistanın maraqlarına xidmət edir: "Hər zaman biz bir
partiya olaraq bəyan etmişik ki, ABŞ-ın Dağlıq Qarabağ məsələsində
tutduğu mövqe ədalətə, beynəlxalq hüquq normalarına söykənmir. Özünü
bütün dünyaya haqq-ədalət çarçısı kimi təqdim edən bir ölkənin ikili
standartla Azərbaycana yanaşması təəssüf hissi doğurur. Bunun başlıca
səbələrindən biri Ermənistanla din həmrəyliyidir. İkinci əsas əsbəb
isə, ABŞ-da güclü erməni diasporasının olmasıdır. Bəzi ABŞ siyasətçiləri
erməni diasporasının qorxusundan , bəziləri isə onlar tərəfindən
alındığından belə əxlaqsız mövqe sərgiləyirlər. Diplomat razılaşdırılan
atəşkəsin pozulmasından, Azərbaycan tərəfindən iri silah partiyalarının
alınmasından danışır və bununla bağlı narahatçılığını qeyd edir.
Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. Beynəlxalq birlik də
Ermənistana heç bir təzyiq etmir. Uorlik yaxşı olardı ki, Ermənistanda
BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların işğal olunmuş
ərazilərin azad olunması və 1 milyon qaçqın, məcburi köçkünün öz yurd
yuvalarına qayıtması barədə qəbul olunmuş qətnamələrinin icrasının
vacibliyi barədə danışardı. Bunun edilməyəcəyi halda isə Ermənistanın
sanksiyalarla üzləşəcəyini vurğulayardı. Uorlikin mərhələli həll
variantından imtina edib paket həll variantını gündəmə gətirməsi işğalın
stimullaşdırılması və ABŞ-ın problemin ədalətli həllində maraqlı
olmamasının əyani sübutudur”.