O da bildirilir ki, başçı min hektarlarla torpağı zəbt edib, özünə taxıl, yonca sahələri yaradıb, bir sözlə, rayonu tam özünə tabe edib. Bu sahələrin otu isə fermalara göndərilir.
A.Səlimovun bu təsərrüfatları bacısı oğlanları və yaxın qohumları tərəfindən idarə olunur. O da söylənilir ki, icra başçısının inhisarında olan bu təsərrüfatlarda yetişdirilən mallar laçınlılara daha baha qiymətə satılır. Müxtəlif bayramlarda isə məcburi köçkünlərə heç bir yardım belə edilmir.
Bir sözlə iddia edilir ki, Akif Səlimov rayona başçı təyin olunandan bu günə kimi yalnız özünə və qohum-əqrəbasına gün ağlayıb. Nəzarətində olan təsərrüfatlarda işləyən laçınlılara isə az maaş verilir. İşdən çıxmaq istəyənlər isə təhdid olunur.
Qarşı tərəfi də dinləməyə hazırıq.
[video=http:// ]