Türkiyə parlameti İbadla bağlı-Qərar verdi
Vətəninfo.az xəbər verir ki,Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi qəhramlığa görə Azərbaycan Bayrağı ordeni ilə təltiv olunan,beynəlxalq terrorçu Melkumiyanın başını kəsərək erməni terror təşkilatı ASALA-nın ən qəddar üzvünü məhv edən İbad Hüseynovun adı qardaş Türkiyə dövlətində bir daha əbədiləşdirilir.
Bununla bağlı əldə etdiyimiz məlumata görə,İbad Hüseynovun adına qardaş ölkədə küçə verildikdən sonra,bu dəfə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə qardaş ölkədə İbad Hüseynovun adı böyük bir parka verilib.Məlumata görə bu günlərdə parkın açılışı həyata keçiriləçək.Parkın açılışında Türkiyə və Azərbaycandan müxtəlif səlahiyyətli şəxslərin işrirakı gözlənilir.
Vətəninfo.az