Bu günlərdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı ilə aralarında yaranan qalmaqaldan sonra ölkə prezidentinə müraciət ünvanlayan Hərbi Polis İdarəsinin sabiq rəisi Rövşən Məhərrəmovun sözügedən müraciəti qarşı tərəfi hərəkətə keçirib. Belə ki,sabiq rəisin müraciəti bəzi dairələrdə gülüş hədəfinə çevrildiyi bildirilir.
Sabiq rəisin bu arada mülklərinin siyahısı hazırlandığı haqqınad məlumatlar hazırlandığı iddia olunurBelə ki,sabiq Müdafiə Naziri Səfər Əbiyevin komandasının əsas fiqurlarından sayılan Rövşən Məhərrəmovun adı hətta "Texnika bank” qalmaqallarında da gündəmdə idi.
Etibarlı mənbənin verdiyi məlumata görə Rövşən Məhərrəmovun mülkləri arasında bu yaxınlarda prezident İlham Əliyevin xüsusi göstərişi ilə sökülən villalara yaxın, Patamdar ərazində möhtəşəmliyi ilə seçilən villasıda var.
Daha sonra Novxanıdakı bağ evi ,Zığ qəsəbəsində villa, eləcədə dəyəri 1 milyon manat dəyərində olduğu deyilən bulvar ərazisindəki evi və və s... obyeklərinin siyahısı artıq icra başçısının əlində olduğu vurğulanır.Bu arada sabiq rəisin Türkiyədə yerləşən evi və obyektləri olduğuna dair iddialar məlumatlar içərisində yer almaqdadı.Bakı ərazisində isə sabiq rəisin mağazaları və maşın yuma obyekti olduğu bildirilir. Mənbənin verdiyi məlumata görə bu qədər var -dövlətə sahib olan sabiq rəisin prezidentə müraciəti gülünc doğurduğu kimi Sabunçu Rayon İcra Başçısını da şoka salıb.
Asiya.info