Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv edilməsi üçün islahatlar başlayıb.
Vizual-ın "Qafqazinfo”ya istinadən məlumatına görə, artıq komitənin bir neçə alt qurumu ləğv edilib və çoxlu işçi ixtisar olunub. Son bir neçə ay ərzində komitənin 200-ə yaxın işçisi çıxarılıb. Təxminən 3-4 ay öncə başlayan islahatlarla komitənin "Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu”nda, Aparata daxil olan şöbələrdə və digər Xidmət İdarələrində 100-ə yaxın işçi vəzifəsindən azad olunub.
Komitənin daxilində olan "Təcrübə-Sınaq Mərkəzi”nin də son bir ay ərzində paytaxtda yerləşən idarəsindən 60-a yaxın, Gəncədəki şöbəsindən isə 20-ə yaxın işçi ixtisar edilib. Mərkəzin Sertifikat şöbəsi tamamilə ləğv edilib. Hazırda komitənin ləğv edilməsi istiqamətində işlər görülür. Komitəyə daxil olan idarələrin digər oxşar nazirliklərə birləşdiriləcəyi gözlənilir.
Qeyd edək ki, bundan əvvəl Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunmuşdu.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL