Deputat həbsdə olan AXCP sədrinin atasının yas mərasiminə buraxılmamasından danışdı: “Kənar müdaxilə yolverilməzdir”

Deputat həbsdə olan AXCP sədrinin atasının yas mərasiminə buraxılmamasından danışdı: “Kənar müdaxilə yolverilməzdir”
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin atasının dəfn mərasiminə buraxılmamasının müxalifət tərəfindən etirazla qarşılanmasına münasibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında bildirib ki, belə bir qərarın verilməsi üçün təqsirləndirilən şəxs özü və ya onun vəkilləri müvafiq formada müraciət etməlidirlər.

 

"Məlumdur ki, Əli Kərimlinin atasının dəfni bayram günlərinə düşmüşdü. Müraciət olunubmu, istintaq orqanı bununla bağlı hansı qərarı qəbul edib, bilmirəm. İstənilən halda istər müsbət, istərsə də mənfi qərar vermək istintaq orqanının səlahiyyəti daxilindədir. Bu məsələyə kənar müdaxilə yolverilməzdir”, - deputat bildirib.

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az