Rusiyanın "Lukoil” şirkətinin sahibi, azərbaycanlı neft maqnatı Vahid Ələkbərov İstanbulda digər azərbaycanlı oliqarx, "Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun "Edition Hotel”ini alıb.
Vizual xəbər verir ki, sövdələşmə Rusiyanın Türkiyəyə qarşı sərt embarqolar tətbiq etdiyi bir vaxtda baş tutub. Prezident Vladimir Putinə yaxın olan Vahid Ələkbərovun otel üçün nə qədər ödədiyi açıqlanmır. "Palmali” şirkəti "Edition Hotel”in yerləşdiyi binanı 2003-cü ildə HSBC bankından alıb, onu otel olaraq yenidən qurub və 2010-cu ildə istifadəyə verib.
Bu günlərdə M.Mənsimov müsahibələrindən birində demişdi ki, turizm sahəsindəki bəzi aktivlərini satmağı nəzərdə tutur. Mənsimovun Bodrum Yalıkavakdakı "Palmarina Bodrum” istirahət kompleksinin də Vahid Ələkbərova satılacağı gözlənilir. "Lukoil”un Türkiyənin energetika sektorunda bir sıra aktivləri var./Virtualaz.org
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL