«Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır. Noyabrın 1-də keçirilən parlament seçkilərində partiyamızın möhtəşəm qələbə qazanacağı şübhəsizdir».
Vətəninfo.az xəbər verir ki, bu fikirləri YAP Gənclər Birliyininsədr müavini-ofisinin rəhbəri, Əli Pənahov deyib. Ə.Pənahov bildirib ki, yarandığı vaxtdan bütün seçkilərdə qələbə qazanan partiyamız növbəti parlament seçkilərində də böyük uğur əldə edəcək. Onun sözlərinə görə, uğurlu seçki kampaniyası aparan YAP-ın güclü resurslarından biri də yüzminlərlə üzvüdür, fədakar partiya fəallarıdır. «Təbii ki, partiyamızın rəhbərliyi hər zaman gənclərə də böyük etimad göstərir. YAP-ın sıralarında 250 mindən çox gənc birləşib və onların əksəriyyəti fəal gənclərdir. Bütün seçkilərdə partiyamız gənclərimizin potensialından səmərəli istifadə edir. Budəfəki seçkilərdə də belədir. Belə ki, gənclərimiz namizədlərin imzatoplama prosesində fəal iştirak edib, dairə və seçki məntəqələrinə müşahidəçi və məşvərətçitəyin olunublar. Ümumiyyətlə, yüzlərlə fəal gənc partiyamızın Mərkəzi Seçki Qərargahının rayon təşkilatlarınınişinə cəlb olunublar. Seçki kampaniyasının təbliğat prosesdə də gənclərimiz aktiv iştirak edəcək. Hesab edirəm ki, bütün bunlar partiya rəhbərliyinin biz gənclərə göstərdiyi böyük etimaddır. Çalışacağıq ki, bu etimadı layiqincə doğruldaq»- deyə, Ə.Pənahov qeyd edib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL