Əliyevlə görüş barədə razılıq yoxdur - Paşinyan
Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə razılıq yoxdur.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
O, Praqa görüşünü Brüssel danışıqlarından daha effektli sayıb.
Paşinyan həmçinin, Praqa formatını genişləndirərək ABŞ və Almaniyanı da bu formata əlavə edə biləcəklərini qeyd edib.
"Əgər Azərbaycan Fransanın Praqa formatında olmasından razı deyilsə, onu genişləndirmək, məsələn, Almaniya, ABŞ-ı dəvət etmək olar”, - deyə o bildirib.