Ərdoğan Putindən bu üç rayonumuzu istədi - Türk diplomat şifrələri açdı

Ərdoğan Putindən bu üç rayonumuzu istədi - Türk diplomat şifrələri açdı
Türkiyə prezidenti Kuveyt səfərində rusiyalı həmkarı ilə görüşündən bəhs edib.
O deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusunu da müzakirə ediblər.
Hətta Ərdoğan qeyd edib ki, Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər: "Rusiyanın Ermənistana təsiri var. Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var. "Bu qərarların icra olunmasının zəruriliyini qeyd etdik. Putin bunun mümkün olduğunu hesab edir”, – deyə R.T.Ərdoğan bildirib.
Görüşün Azərbaycan üçün daha vacib detallarını isə Ərdoğanın Bakıda olan müşaviri Yalçın Topçu açıqlayıb.
O, A24.az-ın əməkdaşı ilə müsahibəsində bildirib  ki, bütün dünyanın gözü önündə xaincə, alçaqca baş verən işğala son veriləcək. Qarabağ torpaqlarının tamamı qeyd-şərtsiz əsl sahibi olan Azərbaycana geri qaytarılacaq. Və o gün uzaqda deyil.
O daha sonra işğal altında qalan rayonlardan kilid əhəmiyyəti daşıyanların adını da çəkib.
Şuşa, Laçın, Ağdam…
"Tədbirin açılışındakı çıxışımda Şuşanın, Laçının, Ağdamın adını çəkdim və bu da səbəbsiz deyildi”.  – deyən diplomat Ərdoğanla – Putinin masasında konkret bu rayonların adının hallanmasına da işarə edərək, şifrələr üçün ipucu verib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az