Bakıdan Rusiyaya gedən Avropa Oyunlarının könüllüsü erməni dələduzluğunun qurbanı olub. Rusiyada bakirəliyini satışa çıxarmış azərbaycanlı qızın zorlanması ilə bağlı məhkəmə prosesi keçirilib. Prosesdə Azərbaycanlı qızın bakirəliyini almağa çalışan Bereznikov sakinini əqli qüsurlu adlandırıblar.
Vizual.az ANS PRESS-ə istinadən xəbər verir ki, indi onu məcburi şəkildə müalicə gözləyir.
Perm vilayətinin ən böyük şəhəri olan Bereznikovda yaşayan 29 yaşlı Mixail Dnistryan əslən azərbaycanlı olan Krisnina ilə internet vasitəsilə tanış olub. Qıza bakirəliyi müqabilində 14 min dollar təklif edib. Kristina təkliflə razılaşıb və Prikamye şəhərinə gəlməyə hazırlaşıb.
29 yaşlı Dnistryan yazışdığı qıza təyyarə bileti alıb və qız Azərbaycandan Perm vilayətinin Berezniki rayonuna gedib. Qızı aeroportda qarşılayan həmin şəxs onu əvvəlcədən hazırladığı mənzilə aparıb.
Rusiya İstintaq Komitəsinin Bereznikovsk rayonu üzrə İstintaq İdarəsindən verilən məlumata görə, gənclər öz aralarında pul barədə razılığa gəliblər:
"Bundan sonra qız oğlanın pulu ödəmək qabiliyyətinin olduğuna əmin olmaq istəyib. O, xahiş edib ki, oğlan həmin məbləğə malik olduğunu təsdiq edən bank sənədi təqdim etsin. Bunun əvəzində oğlan başqa sənədə aid olan rekvizitləri qıza təqdim edib. Tərəflər müqavilə hazırlasalar da, qız onu oxumadan imzalayıb, təkcə orada göstərilən 5 milyon rubl məbləğinə baxıb. Əslində isə məlum olub ki, həmin şəxs qızı aldadıb və onun imzaladığı müqaviləyə əsasən qız özü oğlana 5 milyon rubl verməli idi”- deyə işi aparan baş müstəntiq Denis Yefimçev bildirib.
Qız sənədi imzalayandan sonra aldadıldığını başa düşüb və oğlanı yumruqlamağa başlayıb. Oğlan da onu döyüb, qonağını qorxutmaq üçün hüquq-mühafizə orqanlarında işlədiyini və tabe olmasa, başına hər cür iş gələcəyini deyib. Bundan sonra o gənci zorlayıb.
Prikamye sakini qıza bildirib ki, ondan qaçıb gizlənmək mümkün olmayacaq və müqavilədə göstərilən 5 milyon rublu ödəməsə, Bereznika rayonunda fahişəliklə məşğul olmağa məcbur olacaq.
Tələbə qız heç kəsə intim xidmət göstərmək niyyətində olmadığını bildirib. Bu zaman hirslənən Dnistryan qızın əlindən sənədlərini alaraq, onu döyüb. Zərərçəkən iki gün bağlı qapılar arxasında qalıb. Bundan sonra ona qaçmaq üçün fürsət düşüb.
Kristina yataq dəstlərindən istifadə edərək qaçmağa çalışıb, lakin üçüncü mərtəbədən yıxılıb. Bu hadisəni görənlər dərhal təcili yardıma müraciət ediblər. Bereznikov xəstəxanasına aparılan qıza çanaq sümüyünün sınması diaqnozu qoyulub.
Şikayətdən sonra hüquq-mühafizə orqanları həmin oğlanı həbs ediblər və bu gün ona qarşı rəsmi ittiham irəli sürülüb. O zorlamada, adam oğurluğunda ittiham edilir.
Proses zamanı o qızı öz yaşadığı ölkəyə dəvət etdiyini, ona gəliş bileti aldığını, qarşıladığını və eyni zamanda yaşayış yeri ilə təmin etdiyini bildirib.
Bundan başqa, məlum olub ki, Kristina proqramçı olan Mixail Dnistryanın aldatdığı ilk qız deyil. 2011-ci ildə o, qonşu rayondan olan qızı eyni üsulla aldadıb və həbs edilib. Daha sonra məcburi psixoloji müalicəyə göndərilib.
Kristina adlı azərbaycanlı isə bu addımı maddi imkansızlıq üzündən atdığını deyib. Daimi qazanc mənbəyi olmayan qız yaşamaq üçün vəsait axtarıb. Onun atası bir neçə il əvvəl, anası isə bu yaxınlarda vəfat edib.
Bir müddət əvvəl aktrisa karyerasına başlayıb. Bakıda film çəkilişlərində iştirak edib.
Bundan başqa, Kristina Bakının ictimai-siyasi həyatında fəal iştirak edib. Bakıda keçirilən Bakı-2015 Avropa Oyunları zamanı könüllülər qrupunun rəhbəri olub.
