Ermənistanda qətlə yetirilən rusiyalı hərbçi İvan Novikovun işinə Rusiyada baxılacaq.
APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə hüquq-mühafizə orqanlarındakı etibarlı mənbə məlumat verib.
Bildirilib ki, belə bir qərarın qəbul edilməsinin səbəbi qətlə yetirilən və cinayətdə şübhəli bilinən şəxslərin Rusiya hərbi qulluqçuları olmasıdır.
Qeyd edək ki, bundan öncə rusiyalı hərbçinin qətlinin Rusiya və Ermənistan müvafiq strukturlarının birgə araşdıracağı barədə məlumat yayılmışdı.
Xatırladaq ki, iyun ayının 15-i Ermənistanın Gümrü şəhərində 102 saylı Rusiya hərbi bazasının hərbi qulluqçusunun cəsədi tapılıb. Meyit "Ana Ermənistan" kompleksinin ərazisində aşkar edilib. Əsgərin bədənində bıçaq xəsarətləri aşkarlanıb.
Qətli törətməkdə şübhəli bilinən Rusiya hərbi bazasının digər hərbi qulluqçusu saxlanılıb. Məlumata görə, saxlanılan şəxs cinayəti əsgər yoldaşı ilə məişət zəminində yaranan münaqişə zamanı törətdiyini etiraf edib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL