Ermənistanda terror: Zibil qutusuna yerləşdirilmiş partlayıcı qurğu işə düşdü

Ermənistanda terror: Zibil qutusuna yerləşdirilmiş partlayıcı qurğu işə düşdü

Ermənistanda terror aksiyası baş verib.
 
Hadisə ölkənin şimalındakı Vanadzor şəhərində baş verib. Məlumata görə, vergi idarəsinin qarşısındakı zibil qutusuna yerləşdirilmiş partlayıcı qurğu işə düşüb. 
 
Miq.az "İnterfaks” agentliyinə istinadən xəbər verir ki, partlayışın baş verdiyi yerə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Hadisə nəticəsində ölən və yaralananların olmadığı deyilir.

Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Faktla bağlı araşdırma aparılır.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az