Gürcüstanının sabiq prezidenti, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukraynanın baş naziri ola bilər.
Vətəninfo.az xəbər verir ki, ANS
PRESS-in məlumatına görə, Saakaşvilinin baş nazir olması üçün
başladılan petisiyada (imzatoplama) tələb olunan səs toplanılıb.
Ukrayna prezidentinin saytında yerləşdirilmiş ərizədə sabiq prezidentin 25 000-dən çox səs topladığı görülür.
1 sentyabrda elan edilən kampaniyanın mətnində Ukrayna prezidentindan Saakaşvilinin baş nazir təyin edilməsi xahiş edilir.
Mixail Saakaşvili üçün başladılan petisiya kampaniyasının
təşkilatçıları ümid edirlər ki, Mixail Saakaşvili ölkədə islahatlar
keçirəcək, özbaşnalığa və korrupsiyaya son qoyacaq.
"Elektron petisiya" bölməsi Ukrayna prezidentinin saytında avqustda ayından fəaliyyətə başlayıb.
Yeni yaradılan "Elektron petisiya" bölməsinə yerləşdirilən ərizə 3 ay
ərzində 25 min imza toplayarsa, həmin sənəd müzakirə olunması üçün
prezidentə göndərilir. Prezident ona göndərilən ərizələrə 10 iş günü
müddətində baxmalıdır.
Hazırda Ukrayna baş naziri Arseniy Yatsenyukdur.
Ukrayna prezidenti Petro Poroşenko Mixail Saakaşvilini Odessa vilayətinin qubernatoru təyin etmişdi.
Saakaşvili işə start verdiyi gündən vilayətdə korrupsiya və özbaşnalığa qarşı mübarizəyə başlayıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL