“Mən dəfələrlə Milli Şuranın satqınlardan ibarət dəstə olduğunu demişəm. Bu qurumda Azərbaycanı istəməyən şəxslər toplaşıb, onlar başqa ölkələrin maraqları adından çıxış edərək Azərbaycanın milli maraqlarını satıblar. Rüstəm İbrahimbəyov verdiyi son müsahibəsində bir daha ermənipərəst olduğunu göstərdi. Bu gün Milli Şura ilə “Yeni Müsavat” qəzeti arasında gedən çəkişməyə baxıram, mən dediyim həqiqətləri Rauf Arifoğlu indi deməyə başlayıb, buna görə, mən ona minnətdaram. Müsavat Partiyası Milli Şura yaranan gündən orada təmsil olunmamalıydı, onlar gedib Rüstəm İbrahimbəyovun evində toplaşıb görüş keçirirdilər. Mən hər dəfə İbrahimbəyovun agent olduğu barədə açıqlamalar verəndə məni qınayırdılar. İndi göründüyü kimi artıq mövqelərimiz üst-üstə düşür”
Moderator.az-ın verdiyi xəbərə görə, bu sözləri “Yeni Müsavat” və Milli Şura arasında yaranmış qalmaqala münasibət bildirən Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev deyib.
Qeyd edək ki, Hafiz Hacıyev Milli Şura yaranan gündən bu qurmu ən çox tənqid edən siyasətçidir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL