Həftənin 3-cü sui-qəsdi: NATO əməkdaşı öldürüldü
NATO-nun baş auditoru İv Şandelonun Belçikanın Andenn şəhərində meyiti tapılıb.
Terror təşilatlarına maliyyə təmin edən və çirkli pul yuyan şirkətləri araşdıran NATO əməkdaşının meyiti başından güllə ilə vurulmuş vəziyyətdə avtomobilində olub. Sağ əlinə qoyulan silahla hadisə intihar kimi göstərilməyə çalışılsa da Şandelonu tanıyanlar onun solaxay olduğunu bildirirlər.
Bundan başqa avtomobildə auditorun öz adına qeydiyyatdan keçmiş 3 silah olsa da onun əlinə naməlum silah qoyulduğu bildirilir.
Şandelonun son günlərdə telefonla hədələndiyi qeyd edilir. Sabiq FTB əməkdaşı isə İv Şandelonun, öləcəyi təqdirdə hüquq-mühafizə orqanlarına çatdırılmaq üçün oğluna bəzi sənədlər verdiyini iddia edib.
Təsdiq ediləcəyi təqdirdə bu hadisə son həftənin 3-cü sui-qəsdi olacaq. Bazar ertəsi günü axşam radələrində Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov sui-qəsd nəticəsində dünyasını dyişib. Eyni gecə Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı Pyotr Polşikov Moskvada yaşadığı evin yaxınlığında güllələnərək öldürülüb. /Missiya.az/
Miq.Az