"Noyabrın 1-də Milli Məclisə keçirilən seçkilər xalqın iradəsini tam ifadə edib. Seçkilər şəffaf və ədalətli şəkildə keçirilib. Bunu beynəlxalq müşahidəçilər də təsdiqləyib. Bu seçkilərlə Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atıb".
Vizual"Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev V çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan demokratiyaya sadiqdir və ölkədə bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir:
"Son illərdə ölkədə gedən inkişaf prosesləri də bu seçkilərin nəticələrinə mühüm təsir edib".
Ölkənin beynəlxalq nüfuzunun artdığını, dünyada etibarlı tərəfdaş kimi tanındığını, iqtisadi baxımdan sürətlə inkişaf etdiyini, bunun da Azərbaycan vətəndaşının həyatına təsir etdiyini, yoxsulluq və işsizlik sahəsində Azərbaycanın ciddi nailiyyətlər qazandığını diqqətə çatdıran Prezident İlham Əliyev bütün bu işlərin təməlində sabitliyin dayandığını bildirib.
Azərbaycanda millətlərarası və dinlərarası münasibətlərin ən yüksək səviyyədə qorunduğunu deyən ölkə başçısı bu məsələdə dövlət siyasəti ilə ictimai dəstəyin vəhdət təşkil etdiyini bildirib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL