İntihar edən məktəbli qızla bağlı məktəbdən - Münasibət
Bakı şəhər 162 saylı tam orta məktəb ölən məktəbli qızla bağlı münasibət bildirib.
Təhsil müəssisəsindən verilmiş məlumata əsasən, aprelin 4-də III mərtəbədən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri almış VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) təəssüflər olsun ki, aprelin 6-da müalicə olunduğu 1 saylı Şəhər Klinik Xəstaxanasında vəfat edib. Məktəbin müəllim və şagird kollektivi şagirdin vəfatı ilə bağlı kədərləndiklərini bildirir, dərin hüznlə başsağlığı verir.
Qeyd edək ki, hüquq-mühafizə orqanları tərəfindən məsələ ilə bağlı müvafiq araşdırma aparılır./"Qafqazinfo”/
Miq.Az