İran sərhəd qüvvələrini tam hazırlıq vəziyyətinə gətirib-Erməni mərmisinə görə

İran sərhəd qüvvələrini tam hazırlıq vəziyyətinə gətirib-Erməni mərmisinə görə

Ermənistanın atdığı mərmilərdən sonra.

Ermənistan silahlı bölmələrinin atdığı mərmilərin İran ərazisinə düşməsindən sonra bu ölkənin sərhəd qüvvələri tam hazırlıq vəziyyətinə gətirilib.

Miq.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, İran Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi bildirib ki, top mərmilərinin ölkə ərazisinə düşməsi ilə əlaqədar münaqişə tərəflərinə xəbərdarlıq edilib.

Q.Rzayi deyib ki, son günlər baş verənlərlə bağlı İran-Azərbaycan sərhədinə baxış keçirib.

"İranın Ermənistan və Azərbaycanla sərhədləri tam təhlükəsizdir. Ümid edirik ki, tərəflər arasında sülh razılığı əldə olunacaq və problemlər həllini tapacaq”, - deyə Q.Rzayi baxışdan sonra  jurnalistlərə bildirib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az