İŞİD 2 türk hərbçisini diri-diri yandırdı - VİDEO

İŞİD 2 türk hərbçisini diri-diri yandırdı - VİDEO
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı iki türk hərbçisini diri-diri yandırıb.
 
BakiPost.az xarici mətbuata istinadən xəbər verir ki, Fetih Şahin və Sefer Taş türk hərbçiləri Hələb yaxınlığında yandırılıb. Təşkilatın üzvləri əsgərləri zəncirlədikdən sonra onlara od vurub. Hətta əsgərlərin yandırılaraq edam olunması ilə bağlı video yayımlanıb.

Görüntülərdə türk hərbçilərini edam edən təşkilatın üzvü Türkiyə rəhbərliyinə mesaj göndərib. O, Türkiyə rəhbərliyindən müsəlmanlarla döyüşməyi dayandırmağı tələb edib. Təşkilatı Ankaranı müsəlmanlara qarşı müharibə aparmaqda günahlandırır. Terror təşkilatının üzvləri Türkiyənin bu müharibəni dayandırmadığı təqdirdə türk hərbçilərini edamı edəcəklərini bildiriblər.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az