İstanbuldan Suriyaya yola düşən - TANK karvanı +FOTOLAR
Tanklar "Fırat Kalkanı" üçün İstanbuldan yola düşdü
Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyada apardığı "Fırat Kalkanı" əməliyyatına İstanbuldan dəstək göndərilib.
Türkiyə Baş Qərargahının mətbuat mərkəzi xəbər verir ki, bu çərçivədə 18 "Axınçı" zirehli döyüş maşını (ZDM) TIR-larla Kocaeli vilayətinə aparılıb. ZDM-lərin Karatepe rayonundakı qatar stansiyasından dəmir yolu ilə Qaziantepə, burdan da quru yolu ilə Suriyaya göndəriləcəyi bildirilib.
Qaziantepin Suriya ilə sərhəddindəki Oğuzeli və Karkamış rayonlarındakı sərhəd zastavalarına da hərbi birliklər göndərilib. İslahiyə rayonundakı 106-cı artilleriya polku "Alpay Başaran" hərbi hissəsindən 10-dan çox "Fırtına" qaubisası, zirehli transpartyorlar və çox sayda tankdan ibarət hərbi vasitə və ekipaj quru yoluyla Qaziantepin Suriya ilə sərhəddində yerləşən Oğuzeli və Karkamış rayonlarındakı sərhəd zastavalarına göndərilib. Hərbi karvan təhlükəsizlik tədbirləri altında hərbi hissələrə çatıb.
Miq.Az