İstanbulun mərkəzində güllələnən - Nuranə Həsənova

İstanbulun mərkəzində güllələnən - Nuranə Həsənova

İstanbulun elit əyləncə mərkəzində güllələnən Nuranə Həsənova

Yeni il gecəsi İstanbulun elit əyləncə mərkəzi "Reina”da terrorçu tərəfindən güllələnlərdən biri, Rusiya vətəndaşlığı daşıyan azərbaycanlı Nuranə Həsənovanın fotoları yayılıb.

Miq.az xəbər verir ki, tanışları Nuranənin fotolarını paylaşaraq onun həlak olmasına görə sarsıldıqlarını ifadə ediblər.

N.Həsənovanın cənazəsinin bu gün dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi gözlənilirdi. Rusiyanın İstanbuldakı konsulluğundan bildiriblər ki, Nuranənin bacısı ölüm faktı ilə bağlı sənədləşdirmə ilə məşğuldur və sənədləşdirmə başa çatan kimi cənazə Azərbaycana yola salınacaq.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az