Kanadadan ermənipərəst addım – Türkiyəyə satışı qadağan olundu

Kanadadan ermənipərəst addım – Türkiyəyə satışı qadağan olundu

Kanada hərbi məhsul və texnologiyalarının Türkiyəyə ixracına dair icazələri ləğv edib.

Miq.Az xəbər verir ki, bu barədə Kanada Xarici işlər naziri Mark Qarno açıqlama verib.

"Türkiyəyə ixrac edilən Kanada texnologiyalarının Dağlıq Qarabağda istifadə olunduğuna dair inandırıcı dəlillərin əldə edilməsindən sonra bu gün 2020-ci ilin payızında dayandırılmış icazələrin ləğv olunduğunu elan edirəm”, - Qarno bildirib.

Qarabağdakı 44 günlük müharibənin əvvəlindən indiyədək ermənipərəst mövqe tutan Kanada bu istiqamətdə ilk addımlarını keçən ilin payızında atmışdı. Kanada hökuməti hərbi məhsulların və texnologiyaların Türkiyəyə ixracına dair icazələri dayandırmışdı.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az