“Kor Hüseyn” tutuldu: Lənkəranski klanına daha bir zərbə – FOTO

“Kor Hüseyn” tutuldu: Lənkəranski klanına daha bir zərbə – FOTO
Çeçenistanın paytaxtı Qroznı  şəhərində "Kor Hüseyn” ləqəbli "qanuni oğru” Hüseyn Əhmədov həbs edilib. 

Miq.az-ın Lent.Az-a istinadən xəbərinə görə, onun üzərindən xeyli miqdarda narkotik götürülüb.
"Kor Hüseyn” mərhum "qanuni oğru” Rövşən Lənkəranskinin ən yaxın adamlarından olub. Hətta Türkiyədə yaşayarkən Rövşənlə birgə qalıb. Rövşənin qətlindən sonra İstanbulu tərk edərək Qroznıya qayıdıb.
"Kor Hüseyn” bu ilin iyul ayında yenidən İstanbula qayıdıb və "Sabirabadlı Hikmət”in qardaşı oğlu Məmmədqulu Muxtarova "qanuni oğru” adı vermək üçün "sxodka” çağırıb. Amma "sxodka”ya "Lotu Quli” müdaxilə etdiyindən baş tutmayıb. "Kor Hüseyn” "Lotu Quli”nin düşmənlərindən sayılır. Onun həbsi isə kriminal aləmdə böyük əks-səda doğurub. 








İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az