Ermənistanda elektrik qiymətlərinin artımına görə hökumət əleyhinə keçirilən keçirilən nümayişlərin ikinci “Maydan” hadisələrinə gətirib çıxaracağı ehtimalları səslənir. Bəzi ekspertlər hesab edir ki, mitinqlər davam edəcəksə, Ermənistanda inqilab yolu hakimiyyət dəyişikliyi qaçılmazdır.
Belə olacağı təqdirdə isə Ermənistanın Rusiyanın təsir dairəsindən çıxacağı və Qərbə meyllənəcəyi bildirilir. Heç şübhəsiz ki, rəsmi Yerevanın siyasi, iqtisadi, maliyyə rıçaqlarını əlində cəmləşdirən Kreml Ermənistanın Rusiyanın kurasiyasından çıxmasını arzulamaz.
Modern.az saytı xəbər verir ki, nüfuzlu “Bloomberg” agentliyində Rusiya-Ermənistan müttəfiqliyi kontekstində baş verən hadisələrə həsr edilmiş təhlildə Kremlin ciddi narahatlıq keçirdiyi vurğulanıb.
“Kreml Ermənistanda inqilabın baş verəcəyindən qorxur” başlıqlı məqalədə xatırladılıb ki, Moskvadan energetika sahəsində asılı olan Ermənistanda həm də Rusiyanın 102 saylı hərbi hissəsi mövcuddur.
“Rusiya Gümrüdə hərbi bazaya malikdir və orada Azərbaycana xəbərdarlıq üçün 5 min əsgər xidmət keçir. Ona görə ki, Dağlıq Qarabağda ətrafında hərbi əməliyyatların başlanması pis ideya ola bilər”,-deyə şərh edilib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL