“Ləyaqətlə məğlub olmağı bacarmaq lazımdır”- Putindən ABŞ-a mesaj
"Məğlub olan şəxslər adətən öz uğursuzluqlarının səbəbini kənarda axtarırlar”
Miq.az AzNews.az-a istinadən xəbər verir ki, belə bir bəyanatla Rusiya Prezidenti Vladimr Putin ənənəvi illik mətbuat konfransında çıxış edib. Onun sözlərinə görə, ABŞ-da Prezident seçkilərində məğlub olan demokratlar bunun səbəbini öz içərilərində axtarmalıdırlar. Putinin sözlərinə görə, Rusiya ABŞ-ın nüvə silahı ilə bağlı çağırışına cavab verəcək, amma bütün razılaşmalar çərçivəsində.
ABŞ-da Donald Trampın prezident seçilməsinə münasibət bildirən Vladimr Putin deyib:
"Onun qələbəsinə heç kim inanmırdı, bizdən başqa.”
Miq.az