Mərkəzi Bank kommersiya banklarına manatla vəsait ayıracaq və banklar bu pulu ancaq kreditləşməyə sərf etməli olacaqlar.
Həmin vəsaitin valyuta mübadiləsinə yönləndirilməsinə icazə verilməyəcək.
Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə rəhbəri Raca Almarzoqinin sözlərinə görə, bu addım Azərbaycan iqtisadiyyatının daha sürətli artımı üçün böyük önəm daşıyır.
Mütəxəssislər bildirir ki, banklar kreditləri aktivlərində olan əmanətlərə görə verdiyindən və əmanətlərin əksəriyyətinin də sürətlə dollara çevrilməsindən manatla kredit dayandırılıb. Mərkəzi Bankın bu addımla dövriyyədən çıxan həmin pulları geri qaytaracaq.
Mərkəzi Bankın sahibkarlığın inkişafı üçün ayırdığı vəsaitlər Azərbaycanın ümumi daxili məhsulunda da ilin sonuna qədər böyük rəqəmlərlə müşahidə olunacaq.
Raca Almarzoqi Ümumi Daxili Məhsulun 66 milyard manat olacağının gözlənildiyini bildirib. İqtisadçıları isə Mərkəzi Bankın bu məsələdə ehtiyatlı siyasət yeritməsinin önəmli olduğuna diqqət çəkirlər. (Xəzər Xəbər)
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL