Məşhur azərbaycanlı idmançı həbs edildi

Məşhur azərbaycanlı idmançı həbs edildi
Məşhur azərbaycanlı samboçu, "Qara canavar” ləqəbli Sadiq Kərimov Sankt-Peterburqda saxlanılıb.
Vizual Trend-ə istinadən məlumat verir ki, S.Kərimov hədə-qorxu yolu ilə böyük miqdarda pul tələb etməkdə ittiham olunur.
Məlumata əsasən, azərbaycanlı idmançı 2012-ci ildə kafedə iki nəfərdən, onlara ölümlə hədə-qorxu gələrək, 3 milyon rubl tələb edib.
Qeyd edək ki, Kərimov 2012-ci ildə Azərbaycan komandasının tərkibində 74 kiloqram çəki dərəcəsində döyüş sambosu üzrə dünya çempionu olub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az