Millət vəkili Rafael Hüseynov maşının cərimə olunması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.
R. Hüseynov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, o cərimə olunmayıb:
"Həmin maşın mənə məxsus deyil. Ora mənim iş yerimin yaxınlığıdır. Hadisə tanışların başına gəlib. Polis onları cərimələyib. Mən də yaxınlaşıb məsələnin nə yerdə olduğunu öyrənməyə çalışırdım. Deyəsən, onlar piyada xəttini tapdalayıbmış. Polislərdən xahiş etdim ki, tanışlara mənim yanıma necə gəlməyi başa salsınlar”.
Qeyd edək ki, criminal.az saytı bu gün millət vəkili Rəfael Hüseynovun cərimələnməsi ilə bağlı video məlumat yayıb. Məlumatda bildirilir ki, yol polisi qaydanı pozduğuna görə millət vəkili Rafael Hüseynovun olduğu Prado markalı avtomobili saxlayıb, millət vəkilinin xahişinə baxmayaraq onu cərimələyib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL