Azərbaycan Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputatlar yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsindəki "ağlabatan” ifadə ilə bağlı narazılıq ediblər.
"Report”un xəbərinə görə, deputat Rafiq Məmmədhəsənov deyib ki, bu sözü digəri ilə əvəz etmək lazımdır: "Ağlabatan, ağlabatmayan… Bu, nə deməkdir, bunun qanuna nə dəxli var? Sadəcə, tərcümə edilib, bura yazılıb… Bu, düzgün deyil”.
Deputat Aytən Mustafayeva da bu ifadəyə etirazını bildirib: "Biz başa düşmürüksə, əlillər, sadə insanlar onu necə başa düşsünlər? Biz qanunları onlar üçün yazırıqsa, qəbul ediriksə, o zaman elə yazmalıyıq ki, hamı başa düşə bilsin. Amma bunun əksini görürük”.
Komitə sədri Hadi Rəcəbli deyib ki, bu məsələ zamanla həllini tapacaq: "Bu gün leksikonumuza daxil olan elə sözlər var ki, onları başqa cür ifadə etməyə çətinlik çəkirik. "Tormoz” sözünü "Əyləc” sözü ilə necə əvəz etdiksə, zamanla bunları da dəyişəcəyik”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR