“İki dövlət arasında tərəfdaşlıq əlaqələrinin dərinləşməsi faktı müşahidə olunur və bu fürsətdən istifadə etməmək mümkün deyil”.
Vətəninfo.az xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov danışıb. O bildirib ki, Moskvanın son zamanlar Bakıya meyilliliyi İrəvanı özündən çıxarır:
“Putinin nümayəndələri də etiraf etdi ki, görüşlər Dağlıq Qarabağ məsələsinin müzakirəsi ilə nəticələnib. Yaxın zamanlarda hansısa radikal dəyişikliklər olmasa da, ortada çox önəmli faktlar var. Rusiya son zamanlar Azərbaycanyönlü addımlar atmaq fikrindədir və hətta Moskvanın bunu gizlətməməsi Ermənistanı qıcıqlandıran bir amilə çevrilib. Hiss olunur ki, İrəvan bundan çox narahatdır. Çünki regionda Azərbaycan Rusiya ilə daha önəmli oyunçudur, nəinki Ermənistanla. Yaranmış hazırkı geosiyasi qarşıdurma zəminində Azərbaycana bir meyililik var. Düşünürəm ki, görüşlərdə Dağlıq Qarabağla bağlı ciddi müzakirələr olub. Zənnimcə, qarşıda bunun nəticələri aydın olacaq”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL