Nazir Ermənistanın BTQ-yə qoşulmasının şərtini açıqladı

Nazir Ermənistanın BTQ-yə qoşulmasının şərtini açıqladı
"Ermənistan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə qoşulmaq istəyirsə, ilk növbədə işğal olunmuş əraziləri azad etməlidir."

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov monteneqrolu həmkarl ilə görüşdən sonra keçirdiyi brifinqdə Ermənistanın BTQ layihəsində iştirakı ehtimalını şərh edərkən deyib.
"Layihəni idarə edəcək müştərək şirkət yaradılır. Ancaq mövqeyimiz belədir ki, Ermənistan layihəyə qoşulmaq istəyirsə, ilk növbədə işğal olunmuş torpaqları azad etməlidir, münaqişə həll olunmalıdır. Rəsmi Bakının mövqeyi aydındır. Bu məsələ şirkət tərəfindən nəzərdən keçirilməlidir", - E.Məmmədyarov bildirib.
Xatırladaq ki, BTQ dəmir yolu xəttinin rəsmi açılış mərasimi oktybarın 30-da Bakıda keçirilib. (report)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az