Netanyahu ilə Abbas Moskvada görüşəcək

Netanyahu ilə Abbas Moskvada görüşəcək
Bu ilin oktyabrında Moskvada İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin lideri Mahmud Abbas arasında görüş keçirilə bilər.

Bu barədə İsrailin "Ynetnews” saytı xəbər verib.

Məlumata əsasən, hazırda görüşlə bağlı hazırlıq işləri aparılır. Danışıqlarda vasitəçi qismində Rusiya prezidenti Vladimir Putinin çıxış edəcəyi gözlənilir.

Bundan əvvəl Misir prezidenti Abdel Fəttah əs-Sisi bəyan etmişdi ki, V.Putin Benyamin Netanyahu ilə Mahmud Abbas arasında birbaşa danışıqlarda iştirak etməyə hazır olduğunu bildirib.(APA)

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az