Netanyahu: Obama bizi arxadan vurdu

Netanyahu: Obama bizi arxadan vurdu

İsrailin baş naziri Benyamin Netanyahu BMT Təhlükəsizlik Şurasının İsrailin əleyhində qəbul etdiyi qətnaməni hiddətlə qarşılayıb.

Türkiyə mətbuatı xəbər verir ki, baş nazir yaydığı bəyanatda bu qətnamənin heç bir müddəasına riayət edilməyəcəyini bildiri.

"İsrail bu utanc verici qətnamə layihəsini qəbul etməyəcək və müddəalarına riayət etməyəcək. İsrail, ABŞ prezidenti seçilən Donald Tramp, ABŞ konqresindəki demokrat və respublikaçı dostları ilə iş apararaq bu absurd qətnamənin zərərli təsirlərini aradan qaldırmağı həsrətlə gözləyir." - deyə Netanyahunun bəyanatında bildirilir.

Prezident Barak Obamanı da tənqid edən Netanyahu, "Obama administrasiyası yəhudi yaşayış massivinin əleyhində olan BMT TŞ qərarına qarşı İsraili müdafiə etməkdə bacarıqsız olmaqla kifayətlənmədi, pərdə arxasında gizlicə bu qətnaməyə dəstək verdi." - deyib.  

Netanyahu həmçinin, BMT TŞ-nin Suriyada qətlə yetirilən yarım milyon insan üçün heç bir şey eləmədiyini, bunun əvəzinə Yaxın Şərqin yeganə demokratiyasına (İsrailə) qarşı cəbhə alaraq "Ağlama divarı"nı işğal altındakı torpaq kimi dəyərləndirdiyini deyib.

Qeyd edək ki, ötən gün BMT Təhlükəsizlik Şurası İsrailin Fələstinə aid ərazilərdə həyata keçirdiyi qeyri-leqal yaşayış massivi tikintilərini dərhal və tamamilə dayandırmağı tələb edən qətnamə qəbul edib. 14 ölkənin lehində səs verdiyi qətnamənin qəbulunda ABŞ bitərəf qalıb. 

Bundan sonra İsrail qətnaməyə dəstək verən ölkələrdən olan Yeni Zelandiya və Seneqalda olan səfirlərini geri çağırıb. Rəsmi Tel Əviv isə Seneqal üçün nəzərdə tutulan bütün yardım proqramlarını ləğv etdiyini açıqlayıb. /Missiya.az/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az