Obama güc strukturlarının rəhbərləri ilə toplantı keçirəcək

Obama güc strukturlarının rəhbərləri ilə toplantı keçirəcək

Vaşinqtonda ABŞ prezidenti Barak Obama güc strukturları rəhbərlərinin iştirak ilə  və təhlükəsizlik məsələlərinə həsr olunmuş  toplantı keçirəcək.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında deyilir.

Toplantıya Federal Təhqiqat Bürosunun rəhbəri Ceyms Komi, Daxili Təhlükəsizlik naziri Cey Conson, Milli antiterror mərkəzinin direktoru Nikolas Rasmussen, baş prokurorun birinci müavini Salli Yeyts qatılacaq. İclasda həmçinin vitse-prezident Co Bayden iştirak edəcək.
 
"Toplantıda Orlando şəhərində baş verən hadisə müzakirə ediləcək. Prezident aparılan araşdırmalar barədə məlumatlandırılacaq”, Ağ Evin məlumatında vurğulanır.
 
Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində  gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb. İnsanlara atəş açan Ömər Mətin polislə atışma zamanı öldürülüb. Bu, ABŞ-da 2001-ci il 11 sentyabr terror hücumlarından sonra baş vermiş ən qanlı kütləvi qətliamdır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az