“Prezident olmaq istəmirəm” – Lukaşenkonun oğlu

“Prezident olmaq istəmirəm” – Lukaşenkonun oğlu

Belarus prezidenti Aleksandr Lukaşenkonun kiçik oğlu, 12 yaşlı Nikolay dövlət başçısı postunda atasının varisi olmaq arzusunda olmadığını bildirib.

 Nikolay Lukaşenko prezident olduğu təqdirdə həyatının çox maraqsız olacağını söyləyib.

"Doğrusu, prezident olmaq istəməzdim. Bu, çox ağır həyat olacaq. Buna hazır olduğuma əmin deyiləm”, – Belarus liderinin oğlu vurğulayıb.

Nikolay gələcək karyerasını hələ seçmədiyini, həkim və ya hərbçi olmaq haqqında düşündüyünü dilə gətirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az