Prezidentə hesabat: İrana zərbə endirməyə hazır olun!

Prezidentə hesabat: İrana zərbə endirməyə hazır olun!

İsrailin Milli Təhlükəsizlik Tədqiqatları İnstitutu Prezident İshaq Hersoqa illik hesabatını verib.

Miq.Az xəbər verir ki, hesabatda ilk növbədə İranın nüvə fəaliyyəti haqqında bəhs edilib. İnstitut Tehranın nüvə silahı yaradılması üçün zəruri olan təcrübə və biliyi topladığını və uranın zənginləşdirilməsi sahəsində irəlilədiyini bildirib:

"O, əvvəllər kritik sayılan sərhədləri keçib. İran bir neçə ay ərzində nüvə silahını yarada bilmək imkanına sahib olmağa çox yaxın olacaq”.

Təşkilat prezidenti İranı dayandırmaq üçün güc tətbiq etməyə hazır olmağa səsləyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az