Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Bakıda “Türk axını” da daxil olmaqla, böyük layihələri müzakirə edə bilər. Vətəninfo.az xəbər verir ki, Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu RF Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
D.Peskov jurnalistlərin “Türk axını” qaz kəməri və Ankaraya boru xəttinin inşasına icazə verilməsi üzrə hökumətlərarası müqavilənin imzalanması məsələsinin müzakirə edilib-edilməyəcəyi ilə bağlı sualı cavablandırıb: “Bəli, ümid edirik ki, belə bir görüş baş tutacaq və Bakıda keçiriləcək tədbirlərdə dövlət başçıları danışıqlar apara biləcəklər. Vaxt imkan versə, ikitərəfli gündəlikdə dayanan böyük aktual layihələrlə bağlı fikir mübadiləsi apara biləcəklər”.
Mətbuat katibi qeyd edib ki, energetika sahəsində birgə layihələrin reallaşdırılması ilə bağlı məsələlər ötən gün baş tutmuş telefon danışığı zamanı müzakirə olunub.
Xatırladaq ki, V.Putin və R.T.Ərdoğan Bakıda ilk Avropa Oyunlarının açılış mərasimində iştirak edəcəklər.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL