Vətəninfo.az-ın məlumatına görə, "Report" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa Şurası Parlament Assambleyasında Avropa Xalq Partiyasının keçmiş prezidenti Luka Cuzeppe Volonte bildirib.
Onun sözlərinə görə, noyabrın 1-də 5 milyon azərbaycanlı səs vermək üçün seçki məntəqələrinə gələcək, lakin Avropa institutları və KİV-ləri Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ona yaxın ərazilərdə minlərlə azərbaycanlının demokratik hüquqlarından məhrum olduğuna göz yumur.
"Təəssüf ki, Qərb KİV-ləri tərəfindən aparılan son mübahisələr Azərbaycandakı seçkilərin müşahidəsi zamanı ikili standartlar və qərəzli mövqenin ola biləcəyi etimalını üzə çıxarır", - o bildirib.
L.Volonte qeyd edib ki, hətta bəzi beynəlxalq dairələrin seçkilərdən öncə ölkədə baş tutacaq seçkiləri gözdən salmaq üçün çalışacaqlarını etimal etmək olar.
"Beləliklə, Avropa və beynəlxalq təşkilatlar Azərbaycanda seçki prosesinə və islahatlara müsbət töhfə vermək üçün əla imkanı itirirlər", - o deyib.
Siyasətçi daha sonra əlavə edib ki, Qərb ölkələrinin Azərbaycana qarşı qərəzli mövqeyi Avropaya olan etibarı sarsıdacaq.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL