Qısqanc qardaş bacısını amansızlıqla öldürdü - Mane ola bilmədilər

Qısqanc qardaş bacısını amansızlıqla öldürdü - Mane ola bilmədilər
Bərdə rayonunda törədilmiş qətlin təfərrüatları məlum olub.

Bərdə şəhərinin Füzuli küçəsində yaşayan 21 yaşlı İbrahimli Hafiz Vaqif oğlunun özündən bir yaş kiçik bacısını qısqanclıq zəminində öldürdüyü məlum olub.
V.İbrahimli bildirib ki, bacısının haqqında xoşagəlməz söz-söhbətlər eşidib. O, daha əvvəl Leylanı bir neçə dəfə xəbərdar da etdiyini əlavə edib.
Dünən bacı-qardaş arasında növbəti dəfə münaqişə yaranıb və əsəblərinə hakim ola bilməyən Hafiz Leylanı baltalayaraq öldürüb. H.İbrahimli daha sonra polisə təslim olub.
Bildirilir ki, hadisə vaxtı ailə üzvləri də evdə olub və onlar qardaşın bacısını amansızlıqla öldürməsinə mane ola bilməyiblər.
Faktla bağlı araşdırma aparılır. (lent.az)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az