Ukrayna paytaxtı Kiyevdə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin öz ailəsi ilə birlikdə qaldığı ev satışa çıxarılıb.
Vətəninfo.az-ın məlumatına görə, bu barədə AzVision.az “Vesti”yə istinadən xəbər verir.
Rieltorlar Kostelnaya 7 ünvanında yerləşən 5 otaqlı mənzilin dəyərinin komissiya xərcləri olmadan 1,2 milyon dollar olduğunu bildiriblər. Bu evi ayda 6,5 min dollar ödəməklə kirayəyə də götürmək olar. Mənbənin sözlərinə görə, Saakaşvilinin Odessada işləməsinə baxmayaraq o tez-tez Kiyevdə olur.
“O, adətən həftədə bir dəfə Kiyevdə olur. Onun gəlişindən əvvəl orada hər şey yoxlanılır, küçə bağlanılır. Onun evi çox gözəldir, içərisində sütunlar da var”, - deyə mənbə bildirib.
Saakaşvilinin evinin olduğu bina 1917-ci ildə inşa olunub. Evin pəncərələri Maydana açılır. Evin fasadı heykəllərlə bəzədilib. Gürcüstanın sabiq prezidentinin evinin həcmi 252 kvadrat kilometrdir. Evdə eksklüziv təmir işləri aparılıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL