"Türkiyədə icra etdiyimiz layihələrin reallaşdırılması əsasən 2018-2019-cu illərə təsadüf edəcək və bu çərçivədə yaratdığımız güclü şirkətlərin səhmlərini fond birjasında emissiya edəcəyik". Vətəninfo.az "Report"a istinadən xəbər verir ki, bunu "Anadolu" agentliyinə müsahibəsində "SOCAR-Turkey" şirkətinin prezidenti Kənan Yavuz deyib.
K.Yavuzun sözlərinə görə, Türkiyənin "Petkim Holning"ində investorlara dəstək olmaq məqsədi ilə aldıqları hissələrin bir qismini satmağı planlaşdırılır: "Türkiyədəki yatırımlarımız sürətlənərək davam edəcək. İlk günlərdəki neqativ mənzərənin qısa zamanda dağılacağına və Türkiyənin erkən seçkilərə ehtiyac olmadan həll yolu tapacağına inanırıq".
"Sakit olmaq, panikaya düşməmək lazımdır. Dünənki və bugünkü iqtisadi balans eynidir. Gözləntimiz odur ki, Türkiyə siyasi sabitliyi davam etdirmək üçün koalisiya daxil alternativ idarəetmə yaradacaq. Ancaq bu müddəti sürətlə sonlandırmaq lazımdır. Partiyaların bir-birinə qarşı açıqlamaları iqtisadi bazarlarda tərəddüdləri artırmağa şərait yaratmamalıdır. İqtisadiyyatdakı sabitliyi itirməməyimiz lazımdır. Burada qazandıqlarımızı iflasa uğradacaq, seçki qabağı paradiqmaları davam etdirmək yerinə, daha sağlam düşüncəli yanaşmaya ehtiyac var", - deyə K.Yavuz bildirib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL