“Reina” terrorunu törədən şəxs Yunanıstana qaçırılıb
Yeni il gecəsi İstanbuldakı "Reina” gecə klubunda çox sayda insanın ölümünə səbəb olan terrorçu Yunanıstan adalarına qaçırılıb.
BakiPost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçunun bəzi xüsusi xidmət orqanlarının köməkliyi ilə qaçdığı güman edilir.
Məlumata görə, terrorçu yanvarın 1-də səhər saatlarında daha 2 nəfərlə birlikdə Bandırmaya gedən bərəyə minib. Terrorçuların daha sonra Balıkesirdən Yunanıstan adalarına qaçırıldığı bildirilir.
İlkin məlumatlara görə, Türkiyənin xüsusi xidmət orqanı olan Milli İstihbarat Təşkilatı da (MİT) artıq axtarışlara qoşulub.
Qeyd edək ki, İstanbuldakı terror aktı zamanı 39 nəfər ölüb, 69 nəfər yaralanıb.
Miq.az