Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Gəncə şəhəri Dəmiryolçular parkında qoyulmuş büstünün başına keçirilmiş çuval bu gün səhər saatlarından etbarən götürülüb.
Vizualxəbər verir ki, bu barədə "AZƏRFAKS”a Gəncə sakinlərindən biri məlumat verib. Məlumata görə, hazırda əraziyə 20-yə yaxın texniki işçi cəlb olunub və onlar büstün ətrafında təmizlik işləri aparırlar. "Bu bizim üçün çox xoş bir sürpriz oldu" - deyə, Gəncə sakini bildirib.
Qeyd edək ki, M.Ə.Rəsulzadənin büstü qoyulmuş Dəmiryolçular parkı Nəqliyyat Nazirliyinin balansındadır. Parkda uzun müddət idi ki, təmir işləri aparılırdı. Rəsmi səviyyələrdə verilmiş açılqamalara görə, M.Ə.Rəsulzadənin büstünün üstü də məhz təmir işlərilə əlaqədar örtülübmüş.
Xatırladaq ki, Gəncə şəhərindən seçilmiş millət vəkili Naqif Həmzəyevin M.Ə.Rəsulzadə barədə səsləndirdiyi fikirlər geniş ictimai etiraza səbəb olub.


TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL