Roma Papası eynicinsliklə bağlı ŞOK açıqlama verdi
Roma Papası Fransisk Gürcüstan və Azərbaycan səfərini başa vurub Romaya dönərkən maraqlı açıqlamalar verib.
Türkiyə mətbuatına istinadən xəbər verilir ki, Papa təyyarədə jurnalistlərə eynicinsliklə bağlı fikirlərini açıqlayıb.
O, deyib ki, eynicinsliliyi qəbul etməliyik. "Mən cinsiyyət ayrı-seçkiliyinə qarşıyam. Biz eynicinsliliyi qəbul etməliyik. İsa peyğəmbər də yaşasa idi, belə edərdi. Mən digər dövrlərdə olduğu kimi papalıq dövründə də cinsi ayrı-seçkiliyə qarşı çıxdım. Onlara kömək etdim və Tanrıya yaxınlaşdırdım. Bəziləri isə bunları edə bilmir. İnsalarla İsanın etdiyi kimi yoldaşlıq etməliyik. Bu şərtlərə sahib olan insan İsanın hüzuruna getdiyində o, "çıx get, sən eynicinslisən” deməzdi”.
Papa Vatikanda da eynicinsliliyin qəbul etdiyini deyib.
Fransisk keçən il ona gələn bir məktubda yazılanları jurnalistlərlə bölüşüb.
"Qız uşağı olsa da özünü oğlan kimi hiss edən bir xanım anasına deyir ki, əməliyyatla kişi olmaq istəyirəm. Amma ana onun bu fikirlərinə sərt qarşılıq verib. Qız anası öldükdən sonra əməliyyat olub və cinsiyyətini dəyişib. Hazırda İspaniyada nazirliklərin birində işləyir. O məktubda yazıb ki, evlənib və mənimlə görüşmək istəyir. Mən də onu və həyat yoldaşını qəbul etdim. Həyatda bəzi şeyləri olduğu kimi qəbul etməliyik"./Missiya.az/
Miq.az