Ruhanidən neftin qiyməti ilə bağlı önəmli açıqlama

Ruhanidən neftin qiyməti ilə bağlı önəmli açıqlama

Tehran neftin qiymətinin sabitləşməsinə yönəlmiş və hasilat kvotalarının ədalətli bölüşdürülməsinə əsaslanmış istənilən addımı dəstəkləyir.
 
APA xəbər verir ki, bunu  İran prezidenti Həsən Ruhani OPEK-in baş katibi Məhəmməd Barkindo ilə keçirdiyi görüşdə bildirib.  
 
Barkindo, öz növbəsində, İranın OPEK-dəki rolunu yüksək qiymətləndirib və OPEK-ə üzv olan ölkələrin əməkdaşlıq etməsinin vacibliyini qeyd edib. Tərəflər həmçinin neft hasilatının "dondurulması” məsələsini müzakirə ediblər.  
 
Qeyd edək ki, sentyabrın 26-dan 28-dək  Əlcəzairdə XV beynəlxalq enerji forumunun keçirilməsi nəzərdə tutulub. Forum çərçivəsində neft hasilatının "dondurulması”na dair danışıqlarının bərpa olunacağı gözlənilir. Xatırladaq ki, bu ilin yazında analoji danışıqlar OPEK daxilindəki fikir ayrılığı səbəbindən uğursuz olub.  

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az