Rusiya Azərbaycana qarşı təzyiq edə bilər-Ermənistanın əli ilə

Rusiya Azərbaycana qarşı təzyiq edə bilər-Ermənistanın əli ilə

Brüssel Azərbaycanla vizanın aradan qaldıra bilər-Politoloq

"Burada Rusiyanın aktivləşməsi, Avropanın cənub sərhədlərini  və enerji siyasətini  təhdid edir"

"İqtidarın Brüssellə siyasi əlaqləri bərpa etməyi,  qarşılıqlı maraqlara əsaslanan üstün tərəfdaşlıq razılaşmasının imzalanması üçün işçi qrupunun təsisi, bu qurumla danışıqların aparlıması, ölkənin Avropa ittifaqı ilə yaxınlaşmasına zəmin yaradacaq. Qeyd edim ki, Gürcüstanın  Avropa Birliyi ilə viza sazişinin aradan qaldırılması, bu ölkənin iqtisadi  və demokratik dəyərlərin inkişafında mühüm rol oynayacaq. Gürcüstanın ardınca, Azərbaycanın Avropa Birliyi ilə yaxınlaşmaq siyasəti mühüm addımdır, amma bu razılaşmalarda Avropanı tam qaneedici maddələrin olmamasına baxmayaraq, Brüssel Azərbaycanla iki tərəfli əlaqələrə üstünlük verərək, tərəfdaşlıq istiqamətində işlər aparacaq. Təbii ki, bu siyasət uğurla davam edərsə, bir neçə müddətdən sonra Brüssel Azərbaycanla vizanın aradan qaldıra bilər. "

Bu sözləri Miq.Az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
  
"Avropa Birliyi "Brekistdən" sonra parçalanma psixoloji  təsirin altındadır, Ukrayna siyasəti bu ölkənin işğalı ilə nəticələnib, indi onun genişlənmə siyasəti yeni üzvülərin qəbulunu zəruri edir. Burada Cənubi Qafqazın Avropa İttifaqı üçün  xüsusi əhəmiyyət kəsb etməsi zəruridir. Çünki,  burada Rusiyanın aktivləşməsi, Avropanın cənub sərhədlərini  və enerji siyasətini  təhdid edir. Həmçinin İttifaqın Mərkəzi Asiya və Çinlə əlaqələrində körpü rolunu oynayır. Qeyd etmək lazımdır ki,  Avropa ilə Orta Asiyanı Rusiyadan yan keçməklə Cənubi Qafqaz bağlayır"- deyə politoloq açıqlamasında bidlirdi.
 
Miq.az -a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə Rusiyanın Azərbaycanla yaranan yeni tərəfdashlıq münasibətlərinə reaksiyasını və ölkə üçün yarana biləcək maneələrlə də bağlı açıqlama verərək, ən son vəziyyəti analiz etdi: 

"Hesab edirəm ki, Avropa İttifaqı ilə mühüm əlaqələr, Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın mövqeyini zəiflədər və Birliyin Ermənistana siyasi təzyiqini artırar. Həmçinin Azərbaycanın Rusiya ilə manevr siyasətini genişləndirər. Xüsusi ilə Azərbaycanın yeni tərəfdaşlara ehtiyacı var və Rusiya Azərbaycanı tək gördükcə, Qarabağ məsələsində rolunu qabardaraq, Ermənistanın və özünün geosiyasi maraqlarına cavab verən şərtlər irəli sürməkdədir. Təbii ki, daralmaqda olan, bu siyasətdən çıxmaq üçün Azərbaycanın Avropa İttifaqı ilə siyasi əlaqələri önəmlidir və bu ölkəmiz üçün çoxdan vacibdir. Rusiyanın bunu necə qarşılayacağı önəmli olmasa da, Azərbaycana qarşı Ermənistanın əli ilə yeni təxribatlarla təzyiq edə bilər. Görünür, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında diplomatik durğunluq və Rusiyanın bu məsələdə aqressivliyi, Azərbaycanın Avropa İttifaqı timsalında münaqişə ilə yaxından məşğul olmağa cəlb edə bilər. Bütün bu proseslər, Azərbaycanın atacağı siyasətdən asılı olacaq. Hakimiyyət demokratik və siyasi islahatlara gedəcəksə, Brüssellə əməkdaşlıq yüksələn xəttlə öz tempi ilə davam edəcək. Hesab edirəm, İqtidar ölkə daxilində iqtisadi böhranın, siyasi problemlərə yol açacağını  və xarici təhdid problemlərini görür, önləyici  komple siyasət aparmağa hazırlıq aparır."

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az