Rusiya səfirinin qatilinin şəklini çəkən fotoqrafdan TƏFƏRRÜATLAR

Rusiya səfirinin qatilinin şəklini çəkən fotoqrafdan TƏFƏRRÜATLAR
"Associated Press" fotoqrafı Burhan Özbilici Ankarada Rusiya səfirinin qətlə yetirildiyi an gördüklərini, hadisənin təfərrüatlarını danışıb.

Miq.az Trend-ə istinadən bildirir ki, onun sözlərinə görə, səfirə sui-qəsd "Kalininqraddan Kamçatkaya qədər səyyahların gözü ilə" adlı sərgidə baş verib və fotoqraf həmin sərgiyə evi istiqamətində olduğu üçün gedib.

Fotoqraf deyib: "Standart tədbir idi. Qara pencəkli şəxsin pistolet çıxardığını görəndə çaşdım, düşündüm, bəlkə bu, tədbirdə xüsusi səhnələşdirilmiş hissədir. Əslində isə soyuqqanlı qətl səhnəsi imiş".

Onun sözlərinə görə, zalda minimum 8 atəş açılıb.
Fotoqraf qeyd edib: "Qorxmuşdum, divarın arxasına keçib öz işimlə məşğul olmağa başladım, yəni şəkil çəkməklə".
 
 
Miq.az 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az